Daha yaxşı təhsil və gələcək üçün

Daha ətraflı

Daha yaxşı təhsil və gələcək üçün

Daha ətraflı
Proqram haqqında ətraflı
Mobil Tərtibatçılıq / IOS Əsasları

Proqram üzrə təhsil alan tələbələr IOS platforması üçün mobil tətbiqlər yaratmağı öyrənəcəklər. Real nümunələr əsasında belə bir istiqamətdə zəngin bilik və bacarıqlar əldə etmək istəyən hər kəsə bu kursu tövsiyə edirik.

Proqram haqqında ətraflı
Mobil Tərtibatçılıq / Android Əsasları

Proqram üzrə təhsil alan tələbələr Android platforması üçün mobil tətbiqlər yaratmağı öyrənəcəklər. Real nümunələr əsasında belə bir istiqamətdə zəngin bilik və bacarıqlar əldə etmək istəyən hər kəsə bu kursu tövsiyə edirik.

Proqram haqqında ətraflı
Mobil Tərtibatçılıq / IOS Professional

ABB Tech Akademiyasında IOS Mobil Tərtibatçılıq proqramı karyerasını yüksəltmək və bu sahənin peşəkar mütəxəssisi olmaq istəyənlərdən ötrü xüsusi hazırlanıb.

Proqram haqqında ətraflı
Mobil Tərtibatçılıq / Android Professional

ABB Tech Akademiyasında Mobil Tərtibatçılıq proqramı bu sahənin professional mütəxəssisi olmaq istəyənlərdən ötrü xüsusi hazırlanıb. Proqram üzrə təhsil alan tələbələr Android platforması üçün daha peşəkar şəkildə mobil tətbiqlər yaratmağı öyrənəcəklər.

Tədris prosesi

ABB Tech Akademiyasına qeydiyyat prosesi açıq elan olunduqdan sonra, namizədlər sayt üzərindən müvafiq proqram üzrə müraciət edirlər. İlkin olaraq qeydiyyat zamanı müraciətçi tərəfindən motivasiya məktubu yazılır və daha sonra növbəti seçim mərhələlərindən keçir.

Seçim prosesində yüksək nəticə göstərmiş namizədlər son mərhələ olan müsahibədə iştirak edirlər. Bütün seçim prosesini uğurla tamamlayan namizədlər müvafiq olaraq proqramlar üzrə qruplara cəlb olunurlar.

Tədris müddəti ərzində tələbələr həm nəzəri həm də praktiki təlimlərdə iştirak edirlər. Təlimlər yerli və beynəlxalq təlimçilər tərəfindən aparılır. Prosses boyunca tapşırıqların və layihələrin yerinə yetirilməsində tələbələrə mentor dəstəyi göstərilir.

Tədrisi uğurla tamamlamış məzunlar sertifikatla təltif olunurlar. Bununla yanaşı məzunların işə qəbul prossesinə start verilir. ABB və partnyor şirkətlərlə birgə “Karyera günləri” təşkil olunur.

Tələbə
Məzun
Cari tələbə
Qəbul mərhələləri
1
Qeydiyyat

Namizəd ərizə formasında özü haqqında lazımi məlumatları daxil edir, eyni zamanda formda qeyd olunan digər suallara cavab verir. Qəbul prosesinin vaxtında və dolğun şəkildə aparılması üçün müraciət zamanı daxil etdiyiniz məlumatların düzgünlüyündən əmin olmağınız xahiş olunur.

2
Müsahibə və kurslara qəbul

Sonuncu mərhələdə təlim təşkilatçıları tərəfindən namizədlərlə müsahibə aparılır. Müsahibə onlayn formatda həyata keçirilir. Hər bir namizəd özü haqqında ətraflı məlumat verir və komissiya onun təlimlərə olan fərdi marağını dəyərləndirir. Müsahibə mərhələsinə keçən namizədlərin texniki bilikləri və yumşaq bacarıqları da yoxlanıla bilər.

Qeydiyyat formu

Hörmətli namizəd, ABB Tech Akademiyasının yeni proqramlarına müraciət etmək üçün formu dolduraraq qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyatı tamamladıqdan sonra mutəmadi olaraq e-mail ünvanınızı yoxlamağınız xahiş olunur.

  • Şəxsi məlumatlar
  • Təhsil
  • Proqram
Şəxsi məlumatlar
Addım 1/3
Təhsil
Addım 2/3
Proqram
Addım 3/3
Təqaüd proqramına qəbul ola bilmədiyiniz halda ödənişli əsaslarla təhsil almaq imkanı əldə edə bilərsiniz.