Technical Product Owner 360 texniki mühitdə məhsul sahibi kimi fəaliyyət göstərmək istəyənlər üçün hazırlanmış əhatəli təlim proqramıdır. Proqram biznes düşüncəsi ilə texniki bilikləri birləşdirir, Agile yanaşmaları, PRD və istifadəçi hekayələrinin yazılması, bazar və rəqib analizi, prioritetləşdirmə və roadmap hazırlanmasını əhatə edir. İştirakçılara məhsulu ideyadan təqdimata qədər effektiv idarə etmək üçün praktik və əmək bazarına uyğun bacarıqlar qazandırır.
Mart 2026
6 ay
20-25
II və IV günlər 19:00 - 21:00
21 yaş və yuxarı
Minimum intermediate səviyyəsində ingilis dili biliyi
Fərdi noutbuk, yaxud kompüterə malik olmaq
Product və ya biznes yönümlü düşüncə tərzinə sahib olmaq əsas şərtdir; Analitik düşüncə və öyrənməyə açıq olmaq kifayətdir
Postman, Swagger (OpenAPI) və SQL ilə işləməyi, API-lərin test və sənədləşdirilməsini öyrənəcəksiniz. Texniki komanda ilə effektiv işləmək bacarığı qazanacaqsınız.
PRD, istifadəçi hekayələri və tracking plan hazırlamağı mənimsəyəcək, tələbləri aydın və strukturlaşdırılmış şəkildə yazmağı öyrənəcəksiniz.
Bazar araşdırması, rəqib analizi və müştəri ehtiyaclarının müəyyənləşdirilməsi üzrə praktik bacarıqlar əldə edəcəksiniz.
Agile (Scrum, Kanban) yanaşmaları, prioritetləşdirmə, roadmap və OKR-lərlə işləməyi öyrənəcəksiniz.
Biznes və texniki tərəfləri birləşdirərək komandalar arasında effektiv körpü rolunu oynamağı bacaracaqsınız.
Modul sayı