Proqram

NASA ASTRO CAMP®

🧑‍🚀NASA ASTRO CAMP® 13–16 yaşlı yeniyetmələr üçün nəzərdə tutulmuş 3 günlük intensiv NASA sertifikasiyalı STEM proqramıdır. Proqram çərçivəsində iştirakçılar kosmos elmləri, mühəndislik, robototexnika və FRC prinsipləri ilə tanış olacaq, NASA mövzulu praktiki tapşırıqlar və komanda layihələri üzərində çalışacaqlar. Təlim müddətində NASA və robot avadanlıqlarından istifadə edərək problem həlli, məntiqi düşünmə, komanda işi və texniki yaradıcılıq bacarıqlarını inkişaf etdirəcəklər. Proqramı uğurla tamamlayan iştirakçılara NASA tərəfindən təsdiqli NASA ASTRO CAMP® 2026 proqram sertifikatı təqdim ediləcək🚀

Müraciət et
Başlanğıc

28, 29, 30 Avqust

Müddət

3 gün

Qrup

15-20 nəfər

Tədris qrafiki

28, 29, 30 avqust 10:00 - 16:00

Qəbul şərtləri
Yaş həddi

13-16 yaş

Dil biliyi

Azərbaycan dili və pre-intermediate ingilis dili

Tələb

Kosmos, texnologiya, robototexnika və mühəndisliyə marağın olması

Gözlənti

İntensiv və əyləncə dolu NASA ASTRO CAMP®-a hazır olmaq

Kurs tələbələrə bunları qazandıracaq:

NASA ASTRO CAMP® iştirakçılara kosmos elmləri, mühəndislik, robototexnika və FRC üzrə praktiki təcrübə qazandıracaq.

Komanda layihələri və praktiki tapşırıqlar vasitəsilə problem həlli, məntiqi düşünmə, komanda işi və texniki yaradıcılıq bacarıqlarını inkişaf etdirəcək.

Proqramı uğurla tamamlayan iştirakçılar NASA tərəfindən təsdiqlənmiş NASA ASTRO CAMP® 2026 proqram sertifikatı əldə edəcəklər.

Proqram

NASA ASTRO CAMP®
10

Modul sayı

First Robotics Competition formatı, komanda rolları və yarış strategiyasının əsasları ilə tanışlıq.

İştirakçılar missiya nişanı hazırlayaraq ortaq məqsədi və komanda kimliyini vizual şəkildə ifadə edirlər.

✓ Simvolizm ✓ Komanda ruhu ✓ Yaradıcı təqdimat

Astronomiya və sənəti birləşdirən fəaliyyətdə qalaktika formaları və kosmik qaz-toz buludlarının vizual modeli hazırlanır.

✓ Kosmik formalar ✓ Rənglərin elmi ✓ Kainatdakı yerimiz

Komandalar Drive Train və elektron dövrəni sıfırdan qurur, əsas komponentlərin funksiyalarını öyrənir və nəticəni təqdim edirlər.

✓ Mexanika ✓ Elektronika ✓ Komanda təqdimatı

Teleskop görüntüləri əsasında planet və peyk səthləri təsvir edilir; rəng, tekstura, işıq və kölgə öyrənilir.

✓ Geoloji kəşf ✓ Vizual analiz ✓ Üçölçülü təsvir

Şar modeli vasitəsilə kainatın genişlənməsi, qalaktikalararası məsafə və dəyişən kəmiyyətlərin ölçülməsi araşdırılır.

✓ Dinamik kainat ✓ Məkan və məsafə ✓ Elmi ölçmə

Simulyator yarışı və robotun idarəsi

İştirakçılar sürücü stansiyası və gamepad ilə əvvəl simulyatorda, sonra real Drive Train üzərində idarəetmə öyrənirlər.

✓ Sürüş texnikası ✓ Real robot təcrübəsi ✓ Müqayisəli müzakirə

Görünməz qüvvələr: Maqnitizm və materialların davranışı

✓ Material müşahidəsi ✓ İtələmə və cazibə ✓ Maqnitizm

Naməlum planetin xəritəsi: Ölçmə, analiz və topoqrafiya

✓ Məlumat toplama ✓ Analiz ✓ Vizuallaşdırma

Model raketin hazırlanması və sınaq buraxılışı